«Jingle Bells” xüsusilə Milad mahnısı olmaq üçün nəzərdə tutulmamışdı. «Jingle Bells” dövrümüzdə Milad bayramının populyar nəğməsi kimi «musiqi simvoluna» çevrilsə də, mahnıda Milad və ya hər hansı başqa bayramdan bəhs edilmir. Dünyada en tez-tez oxunan bu nəğmə Milad mahnılarından biridir. 1850-ci ildə James Lord Pierpont tərəfindən Massaçusetsdə Medforddaki Simpson Tavernda yazılmışdır. 1857-ci ilin sentyabrında «The One Horse Open Sleigh» başlığıyla yayınlanmışdır. Bəzi mənbələrdə yazır: » Mahnı 1850-ci ildə Medfordda, Massaçusetsdə James Lord Pierpont tərəfindən bəstələnmişdir». Elə mənbələr də var ki, 1951 kimi qeyd edir. Lord Pierpont üsyankar təbiətli biri idi.…
Ardını oxuАвтор: Ulkar Nasirova
POPULYAR MUSIQI JANRLARI
Əziz oxucular, bu yazıda əsas məqsədimiz sizləri bəzi populyar musiqi janrları ilə ümumi olaraq tanış etmək və ən əsası bu janrlarda musiqi nümunələrini göstərərək, bu janrların bir-birilərindən fərqliliklərini sizin üçün çalışdığımız qədər aydınlaşdırmaqdır. Musiqi janrı dedikdə fikrimizə gələn ilk sual odur ki, musiqi janrı nədir? Musiqi janrı dedikdə nə başa düşülür. Belə ki, musiqi janrı müəyyən musiqi parçalarının ümumi ənənəyə və ya ənənlələr toplusuna aid olduğunu müəyyən edən kateqoriyadır. Musiqi müxtəlif yollarla müxtəlif janrlara bölünə bilər. Əlbətdə ki, biz ilk olaraq hamıya məlum olan, hər birimizin həyatında heç olmazsa bir…
Ardını oxuDünyanın ən qədim mahnısı
Musiqi tarixi insanlığın özü qədər qədimdir. Arxeoloqlar təxminən 43 min il bundan əvvəl hazırlanmış ibtidai sümük fleytalar tapdılar. Çox güman ki, o dövrlərin musiqisi və musiqi üslubu şifahi ənənəvi şəkildə qorunub saxlanılmışdır. Konkret mahnı və melodiyalara gəldikdə, bizə məlum olan ən qədim nümunələr nisbətən daha yenidir. Musiqi notasının ən erkən parçası 4000 illik Şumer gil lövhəsində tapılıb və hökmdar Lipit İştara həsr olunmuş himn üçün təlimat və sətirlərdən ibarətdir. Lakin ən qədim mahnıların adı üçün isə tarixçilərin əksəriyyəti, E.Ə 14-cü əsrdə qədim Hurriilər tərəfindən mixi yazı ilə bəstələnmiş tanrıça Nikkai…
Ardını oxuUŞAQLAR VƏ MUSİQİ: UŞAQLARIN İNKİŞAFINDA MUSİQİNİN FAYDALARI
Musiqi, mədəniyyətimizdə və gündəlik həyatımızda çox vacib bir rol oynayır. Gündəlik həyat haqqında düşünərkən musiqi müxtəlif sosial və təhsil fəaliyyətlərində iştirak edir. Həyatımızın bir çox sahələrində: teatr, televiziya, film, ibadət, tətil, ad günü, hökumət və hərbi mərasimlərdə musiqi mühüm rol oynayır. Bir çox mərasimlərin əksəriyyətində musiqinin iştirakı və əhəmiyyəti var. Bütün qeyd olunan bu kimi vacib məqamları nəzərə alsaq, doğuşdan etibarən valideynlərin sevincini, sevgisini ifadə etmək, uşaqlarını məşğul etmək və ya sakitləşdirmək, yatırtmaq üçün instinktiv olaraq musiqidən istifadə etmələri təəccüblü deyil. Evdə isə musiqi, ailə mədəniyyətimizin, gündəlik təcrübələrimizin təbii bir…
Ardını oxuMUSİQİ VƏ BEYİN: MUSİQİNİN FAYDALARI
2016-cı ildə Cənubi Kaliforniya Universitetinin Beyin və Yaradıcılıq İnstitutunda aparılan bir araşdırmada uşaqlıqda yaşanan musiqi təcrübələrinin əslində beyin inkişafını, xüsusən də dil öyrənmə və oxuma vərdişlərini sürətləndirə biləcəyi təsbit edildi. Araşdırmaya görə alət çalmağı öyrənmək riyazi öyrənməni inkişaf etdirə və hətta SAT ballarını artıra bilər. Musiqi intellektual, sosial-emosional, motor, dil və ümumi savad da daxil olmaqla uşağın inkişafına və məktəbə hazırlıq bacarıqlarına dair bütün sahələri alovlandırır, bədən və ağılın birlikdə işləməsinə kömək edir. Erkən inkişaf dövründə uşaqları musiqiyə yönləndirmək, sözlərin səslərini və mənalarını öyrənməyə kömək edir. Rəqs etmək, uşaqlarda özünü…
Ardını oxuAZƏRBYACAN BƏSTƏKARLARININ YARADICILIĞINDA HƏRBİ MİLLİ MUSİQİ ƏNƏNƏLƏRİNİN TƏTBİQİ YOLLARI
AZƏRBYACAN BƏSTƏKARLARININ YARADICILIĞINDA HƏRBİ MİLLİ MUSİQİ ƏNƏNƏLƏRİNİN TƏTBİQİ YOLLARI Hərb musiqisi əsrlər boyu döyüşlərdə düşməni qorxutmaq, döyüşçüləri ruhlandırmaq üçün istifadə olunur. Qədim hərb musiqisi irsimizin ən əzəmətli və qulağa çarpan janrları Cəngi və marşlardır.Maraqlıdır ki, Azərbaycanın unudulmaz bəstəkarı Ü.Hacıbəyli Cəngini müstəqil janr kimi təqdim edir. Lakin yaradıcılığının ilk mərhələsində o, əvvəla marş janrına müraciət edir. Bu təsadüfi deyil, çünki Ü.Hacıbəyli dövrün, zamanın nəbzini həssaslıqla duya bilən, xalqın daxili tələblərini hiss edə bilən və bu tələblərə musiqidə uyğun janrlar, formalar tapa bilən böyük sənətkar olmuşdur. Azərbaycanda kütləvi mahnı janrının da ilk nümünələrini məhz…
Ardını oxuMusiqişünaslıq
Musiqişünaslıq (yunan dilindən ‘μουσική’ (mousikē) ‘musiqi’ və ‘λογος’ (loqos) “öyrənirəm” və “öyrənmək” – Musiqini öyrənən elmdir. Musiqinin elmi təhlil və tədqiqata əsaslanan araşdırmasıdır. Musiqişünaslıq bölmələri ənənəvi olaraq humanitar elmlərə aiddir, baxmayaraq ki, bəzi musiqi tədqiqatları elmi (psixoloji, sosioloji, akustik və s.) xarakter daşıyır, elmi istiqamətə dayaqlanır. Musiqi tədqiqatında iştirak edən alim bir musiqişünasdır. Musiqişünaslıq ənənəvi olaraq üç əsas sahəyə bölünür: tarixi musiqişünaslıq, sistematik musiqişünaslıq və etnomuzikologiya. Tarixi musiqişünaslar əsasən klassik musiqi ənənəsi adlanan tarixləri araşdırırlar. Lakin musiqi tarixinin öyrənilməsi bununla məhdudlaşmamalıdır. Etnomuzikoloqlar antropologiyadan insanların necə və niyə musiqi yaratdığını anlamaq…
Ardını oxu