«Jingle Bells” xüsusilə Milad mahnısı olmaq üçün nəzərdə tutulmamışdı. «Jingle Bells” dövrümüzdə Milad bayramının populyar nəğməsi kimi «musiqi simvoluna» çevrilsə də, mahnıda Milad və ya hər hansı başqa bayramdan bəhs edilmir. Dünyada en tez-tez oxunan bu nəğmə Milad mahnılarından biridir. 1850-ci ildə James Lord Pierpont tərəfindən Massaçusetsdə Medforddaki Simpson Tavernda yazılmışdır. 1857-ci ilin sentyabrında «The One Horse Open Sleigh» başlığıyla yayınlanmışdır. Bəzi mənbələrdə yazır: » Mahnı 1850-ci ildə Medfordda, Massaçusetsdə James Lord Pierpont tərəfindən bəstələnmişdir». Elə mənbələr də var ki, 1951 kimi qeyd edir. Lord Pierpont üsyankar təbiətli biri idi.…
Ardını oxuРубрика: Musiqi Tarixi
Dünyanın ən qədim mahnısı
Musiqi tarixi insanlığın özü qədər qədimdir. Arxeoloqlar təxminən 43 min il bundan əvvəl hazırlanmış ibtidai sümük fleytalar tapdılar. Çox güman ki, o dövrlərin musiqisi və musiqi üslubu şifahi ənənəvi şəkildə qorunub saxlanılmışdır. Konkret mahnı və melodiyalara gəldikdə, bizə məlum olan ən qədim nümunələr nisbətən daha yenidir. Musiqi notasının ən erkən parçası 4000 illik Şumer gil lövhəsində tapılıb və hökmdar Lipit İştara həsr olunmuş himn üçün təlimat və sətirlərdən ibarətdir. Lakin ən qədim mahnıların adı üçün isə tarixçilərin əksəriyyəti, E.Ə 14-cü əsrdə qədim Hurriilər tərəfindən mixi yazı ilə bəstələnmiş tanrıça Nikkai…
Ardını oxuMusiqişünaslıq
Musiqişünaslıq (yunan dilindən ‘μουσική’ (mousikē) ‘musiqi’ və ‘λογος’ (loqos) “öyrənirəm” və “öyrənmək” – Musiqini öyrənən elmdir. Musiqinin elmi təhlil və tədqiqata əsaslanan araşdırmasıdır. Musiqişünaslıq bölmələri ənənəvi olaraq humanitar elmlərə aiddir, baxmayaraq ki, bəzi musiqi tədqiqatları elmi (psixoloji, sosioloji, akustik və s.) xarakter daşıyır, elmi istiqamətə dayaqlanır. Musiqi tədqiqatında iştirak edən alim bir musiqişünasdır. Musiqişünaslıq ənənəvi olaraq üç əsas sahəyə bölünür: tarixi musiqişünaslıq, sistematik musiqişünaslıq və etnomuzikologiya. Tarixi musiqişünaslar əsasən klassik musiqi ənənəsi adlanan tarixləri araşdırırlar. Lakin musiqi tarixinin öyrənilməsi bununla məhdudlaşmamalıdır. Etnomuzikoloqlar antropologiyadan insanların necə və niyə musiqi yaratdığını anlamaq…
Ardını oxu