Dünyanın ən qədim mahnısı

Musiqi tarixi insanlığın özü qədər qədimdir. Arxeoloqlar təxminən 43 min il bundan əvvəl hazırlanmış ibtidai sümük fleytalar tapdılar. Çox güman ki, o dövrlərin musiqisi və musiqi üslubu şifahi ənənəvi şəkildə qorunub saxlanılmışdır. Konkret mahnı və melodiyalara gəldikdə, bizə məlum olan ən qədim nümunələr nisbətən daha yenidir. Musiqi notasının ən erkən parçası 4000 illik Şumer gil lövhəsində tapılıb və hökmdar Lipit İştara həsr olunmuş himn üçün təlimat və sətirlərdən ibarətdir. Lakin ən qədim mahnıların adı üçün isə tarixçilərin əksəriyyəti, E.Ə 14-cü əsrdə qədim Hurriilər tərəfindən mixi yazı ilə bəstələnmiş tanrıça Nikkai üçün bir ibrət olan “Hurrian Hymn No. 6” nı qeyd edirlər.

Melodiyaların qeyd olunuğu gil lövhələr 1950-ci illərdə Suriyanın Uqarit şəhərinin xarabalıqlarında qazıntı zamanı aşkarlandı (indiki Ras Şamra, Suriya) E.Ə. 14-cü əsrdən qalma bir təbəqədə qazılmış gil lövhə parçaları üzərində tapılan bu melodiya təxminən 36 belə mixi ilahidən biridir. Ancaq demək olar ki, əldə edilən ilahilər içərisində tam formada qorunub saxlanılan yeganə əsərdir. Qazıntı zamanı əldə edilən və təqribən tamamlanmış bu musiqinin notları ilə yanaşı, mahnını doqquz simli Lira növündə ifa edilməsinə dair xüsusi təlimatlar da var.  6 saylı Hurrian Hymnini deşifrə və ifa etmək üçün dəfələrlə cəhd göstərildi, lakin qədim lövhələrin tərcüməsindəki çətinliklər səbəbindən son dəqiq, bütöv versiyası yoxdur.  Ən populyar interpretasiyalardan biri 2009-cu ildə Suriyalı bəstəkar Malek Jandalinin qədim ilahiyi tam bir orkestr ilə ifa etməsidir.

Nikkala Hymn yazıldığı lövhənin bir tərəfinin təsviri

Hurrian Hymn No. 6  dünyanın ən erkən melodiyası sayılsa da, lakin tam olaraq bötöv şəkildə günümüzə qədər gəlib çatan ən qədim musiqi əsəri, eramizin 1-ci əsrində Seikil Epitaph adı ilə tanınan bir Yunan melodiyasıdır.

Mahnı, Türkiyədə bir qadının qəbrini işarələmək üçün istifadə edilən qədim bir mərmər sütununa həkk olunmuş vəziyyətdə tapıldı.  Yazıda «Mən bir məzar daşıyam, bir görüntüyəm, obrazam» deyilir. «Seikilos məni burada ölməz bir yaddaşın əbədi əlaməti olaraq qoydu.» Sütuna musiqi notası ilə yanaşı qısa bir mətn də daxil edilmişdir: “Yaşadıqca parlayın / heç kədərlənməyin / Həyat yalnız bir müddət mövcuddur / Və zaman öz haqqını tələb edir.” Seikilos Epitaph-də yaxşı qorunub saxlanılan kitabələr çağdaş musiqiçilərin və alimlərin notla bəstəkar mahnılarını yenidən yaratmalarına imkan verdi. Newcastle Universitetindən Dr. David Creese, onu bir toxmaqla, çəkiclə çalınan səkkiz simli bir alətdən istifadə edərək ifa etdi. Qədim musiqi tədqiqatçısı Michael Levy isə Lira versiyasını qeydə aldı.

Ülkər NƏSİROVA [Musiqişünas]

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

  1.  Giorgio Buccellati,  «Hurrian Music Arxhived» 2016-10-09 at the Wayback Machine, associate editor and webmaster Federico A. Buccellati Urkesh website (n.p.: IIMAS, 2003).
  2.  Dennis Pardee, «Ugaritic», in The Ancient Languages of Syria=Palestine and Arabia Archived 2016-05-08 at the Wayback Machine, edited by Roger D. Woodard, 5–6. (Cambridge and New York: Cambridge University Press, 2008). ISBN 0-521-68498-6, ISBN 978-0521-68498-9.
  3. Marguerite Yon, The City of Ugarit at Tell Ras Shamra (Winona Lake, IN: Eisenbrauns, 2006): 24. ISBN 978-1575060293 (179 pages)
  4. Tubb, Jonathan N. (1998), «Canaanites» (British Museum People of the Past)
  5. K. Marie Stolba, The Development of Western Music: A History, brief second edition (Madison: Brown & Benchmark Publishers, 1995), p. 2.; Martin Litchfield West, «The Babylonian Musical Notation and the Hurrian Melodic Texts», Music and Letters 75, no. 2 (May 1994): 161–79, citation on 171.
  6. Marcelle Duchesne-Guillemin, «Sur la restitution de la musique hourrite», Revue de Musicologie 66, no. 1 (1980): 5–26, citation on p. 10.
  7.  Anne Kilmer, «Mesopotamia §8(ii)», The New Grove Dictionary of Music and Musicians, second edition, edited by Stanley Sadie and John Tyrrell  (London: Macmillan Publishers, 2001).
  8. Emmanuel Laroche, Le palais royal d’ Ugarit 3: Textes accadiens et hourrites des archives Est, Ouest et centrales, 2 vols., edited by Jean Nougayrol, Georges Boyer, Emmanuel Laroche, and Claude-Frédéric-Armand Schaeffer, 1:327–35 and 2: plates cviii–cix (Paris: C. Klincksieck, 1955):; «Documents en langue houritte provenent de Ras Shamra», in Ugaritica 5: Nouveaux textes accadiens, hourrites et ugaritiques des archives et bibliothèques privées d’Ugarit, edited by Claude-Frédéric-Armand Schaeffer and Jean Nougayrol, 462–96. Bibliothèque archéologique et historique / Institut français d’archéologie de Beyrouth 80; Mission de Ras Shamra 16 (Paris: Imprimerie nationale P. Geuthner; Leiden: E. J. Brill, 1968). In the latter, the transcribed text of h.6 is on p. 463, with the cuneiform text reproduced on p. 487.
  9.  Manfried Dietrich and Oswald Loretz, «Kollationen zum Musiktext aus Ugarit», Ugarit-Forschungen 7 (1975): 521–22.
  10. «Origin Myths . Van Magazine» VAN Magazine. 2019-04-04. Retrieved 2020-09-20.
  11. Anon., » The Oldest Song in the World Archived 2019-09-08 at the Wayback Machine » (Amaranth Publishing, 2006). (Accessed 12 January 2011).
  12. Martin Litchfield West, «The Babylonian Musical Notation and the Hurrian Melodic Texts», Music and Letters75, no. 2 (May 1994): 161–79, citation on 166.

Related posts

Оставить комментарий