MUSİQİ VƏ BEYİN: MUSİQİNİN FAYDALARI

2016-cı ildə Cənubi Kaliforniya Universitetinin Beyin və Yaradıcılıq İnstitutunda aparılan bir araşdırmada uşaqlıqda yaşanan musiqi təcrübələrinin əslində beyin inkişafını, xüsusən də dil öyrənmə və oxuma vərdişlərini sürətləndirə biləcəyi təsbit edildi. Araşdırmaya  görə alət çalmağı öyrənmək riyazi öyrənməni inkişaf etdirə və hətta SAT ballarını artıra bilər.

Musiqi intellektual, sosial-emosional, motor, dil və ümumi savad da daxil olmaqla uşağın inkişafına və məktəbə hazırlıq bacarıqlarına dair bütün sahələri alovlandırır, bədən və ağılın birlikdə işləməsinə kömək edir. Erkən inkişaf dövründə uşaqları musiqiyə yönləndirmək, sözlərin səslərini və mənalarını öyrənməyə kömək edir. Rəqs etmək, uşaqlarda özünü ifadə etmə təcrübəsinə imkan verərkən motor bacarıqlarını inkişaf etdirir. Həmçinin musiqi, uşaqlar və böyüklər üçün yaddaş bacarıqlarını gücləndirməyə kömək edir.

İnkişafın faydalarından əlavə, sadəcə olaraq musiqi bizim əhvalımıza təsir edərək, keçirtdiyimiz hislərin və yaşadığımız anların daha təsirli və yaddaqalan olmasında böyük rol ounayır. Məsələn, gözəl bir gündə evdə, avtomobildə  yol gedərkən  yaxşı bir mahnı dinləməyi düşünün. Biz təsəvvür edək ki, həmin avtomabil ilə uzun müddətdir planladığımız bir səyahətə gedirik və bununla əlaqədar təbii ki, əhvalımız çox yüksəkdir. Bu əhvalı daha da dərinləşdirmək, dolğunlaşdırmaq üçün qeyri-ixtiyari olaraq musiqi dinləməyi,  belə gözəl hisləri hər hansı mahnı oxuyaraq yaşamağı istəyirik. Budur musiqinin gücü… Çünki  musiqi sevincdir, zövqdür.

Ülkər NƏSİROVA [Musiqişünas]

Related posts

Оставить комментарий