Musiqişünaslıq (yunan dilindən ‘μουσική’ (mousikē) ‘musiqi’ və ‘λογος’ (loqos) “öyrənirəm” və “öyrənmək” – Musiqini öyrənən elmdir. Musiqinin elmi təhlil və tədqiqata əsaslanan araşdırmasıdır. Musiqişünaslıq bölmələri ənənəvi olaraq humanitar elmlərə aiddir, baxmayaraq ki, bəzi musiqi tədqiqatları elmi (psixoloji, sosioloji, akustik və s.) xarakter daşıyır, elmi istiqamətə dayaqlanır. Musiqi tədqiqatında iştirak edən alim bir musiqişünasdır.
Musiqişünaslıq ənənəvi olaraq üç əsas sahəyə bölünür: tarixi musiqişünaslıq, sistematik musiqişünaslıq və etnomuzikologiya.
Tarixi musiqişünaslar əsasən klassik musiqi ənənəsi adlanan tarixləri araşdırırlar. Lakin musiqi tarixinin öyrənilməsi bununla məhdudlaşmamalıdır.
Etnomuzikoloqlar antropologiyadan insanların necə və niyə musiqi yaratdığını anlamaq üçün istifadə edirlər.
Sistematik musiqişünaslığa musiqi nəzəriyyəsi, estetika, pedaqogika, musiqi akustikası, musiqi alətlərinin elmi və metodları, fiziologiya, psixologiya, sosiologiya, fəlsəfə və kompüter elminin musiqi aspektləri daxildir.
Koqnitiv musiqişünaslıq musiqinin idrak modelləşdirməsini əhatə edən hadisələrin məcmusudur. Yəni musiqişünaslar kompüterlərdən istifadə edərək tədqiqat apararkən, bu zaman tədqiqatları çox vaxt hesablama musiqişünaslığı sahəsinə düşür. Koqnitiv musiqişünaslıq həm musiqini, həm də idrakı anlamaq üçün musiqi biliklərinin ədədi modelləşdirilməsi ilə məşğul olan idrak elmidir. Bu modelləşdirilmə ilə əlaqəli idrak elminin bir hissəsidir.
Musiqi terapiyası bəzən səhiyyə sahəsi ilə daha yaxından əlaqəli hesab edilən və bəzən isə musiqişünaslığın özünün bir hissəsi kimi qəbul edilən ixtisaslaşmış bir tətbiqi musiqişünaslıq formasıdır. (davamı olacaq)
Ülkər NƏSİROVA [Musiqişünas]